Pulsuz elanlar saytı

2018 Audi A8: yeni modelin icmalı

25.12.2017
2018 Audi A8: yeni modelin icmalı

Audi A8 flaqman sedanının son modeli bu nəsildən sıxılıb çıxarılmışdır, və bunun əvəzi kimi 2019-cu ilin yeni modeli gözlənilir. Rəqiblər üzərində üstünlük verəcək texnologiyayın burada tətbiq edilməsi zəruridir. Belə ki, BMW 7 seriyası və Mercedes-Benz S-Class kimi avtomobillərlə müqayisədə mövcud modelin hər hansı bir çatışmazlığı üstünlüklərə çevrilməlidir.
Eyni zamanda, 2018-ci ilin A8-i yenə də möhtəşəm sayılan bir avtomobildir. Görünür ki, modelin xarici görünüşü keçmiş illərin təsirinə məruz qalmayıb və eyni zamanda onun daxili hissəsi müasir və rahat olaraq qalıb. Audi A8 həmişə futurizmə meyilli olub. Bu, alüminium təbəqə panelləri qoyulmuş öz növündə ilk avtomobildir. Bunlar avtomobilin yüngülləşdirilməsinə imkan yaradır və A8-nin yanacağın sərfiyyatı ilə yanaşı, idarəetməsində də üstünlük yaradır. Cari A8 yalnız genişləndirilmiş bir versiyada mövcuddur.

2018 modelində nə kimi yeniliklər var?

Avadanlıq dəyişdi: üç litrlik versiyası hazırda arxa görüntü kamerasına malikdir, 4 litrlik versiyasına isə standart olaraq 21 düymlük təkər diskləri quraşdırılıb.

Üstünlüklər:

Möhtəşəm daxili interyer, təzyiqli V6, güclü V8, rahat idarəetmə, tam ötürücü.

Çatışmamazlıqlar:

Əvəzedilmə qarşısındadır, nisbətən kiçik yük yeri, böyük təkər diskləri səs-küyə səbəb olur və səfəri daha da sərtləşdirir.

Yanacaq istehlakı:

Hər bir versiyada 8 pilləli avtomatik transmissiya və “quattro” tam ötürücü sistemi quraşdırılmışdır.

3.0TSFİ modelində 3 litr həcmli, 333 at güclü, 440 N*m burulma anı olan V6 mühərriki yerləşdirilib. Ətraf Mühitin Mühafizəsi Agentliyi bunun şəhər daxilində 100 km məsafəsində 15, magistral yolunda 10, qarışıq dövrdə isə 13 litr yanacaq istehlakın olacağını hesablayıb.
4.0TSFI versiyası ilə, siz 450 at güclü , 602 N*m burulma anı olan, turboşarjlı 4 litrlik V8 mühərrik tipini əldə edəcəksiniz. Yanacaq sərfiyatı şəhərdə 100 kilometrdə 18 litr, magistral yolunda 11, qarışıq dövrdə isə 15 litrdir.

Standart Seçimlər

Audi A8 L, 2 versiyada təqdim edir: 3.0TSFI və 4.0TSFI.

3.0TSFI 19-düymlük təkər, LED işıqlı tam avtomatik faralar, sürücü rejiminin seçiminə imkan yaradan pnevmatik asqı balansıri, açarsız start-stop sistemi, və isidilən maye sisteminə malik olan fara və ön şüşənin yuyucu qurğuları ilə təchiz olunub. Avtomatik klimat-kontrol, dam hissəsində lyuk, akustik ikiqat şüşə, qatlanan güzgülər, ön və arxa park sensorları, arxa görüntü kamerası, avtomatik tündləşən güzgülər, qapıların bağlayıcı qurğuları, Drive Select sistemi ( tənzimlənən sükan, asqı və drossel qapaqları ). Salonda- dəri döşəmə, istilik və yaddaş funksiyalı, tənzimlənən oturacaqlar, halqavari-teleskopik sükan, salonun işıqlaşdırılması, arxa və arxa yan pəncərələr üçün günəş qoruyucusu.
MMI Audi interfeysi, özündə 8-düymlü LCD monitor, Bluetooth, yazı funksiyası ilə təchiz olunan kompyuter sistemini, Google Earth küçə görüntü funksiyalı naviqasiya sistemi, 4G LTE Wi-Fi, səs nəzarəti, 14 səs ötürücüsü olan 630 vat güclü, CD / DVD çalar, iPodla birləşmə imkanını yaradan, 2 girişli SD-kart və peyk radiosu daxil olmaqla Bose audio sistemini cəmləşdirir.

4.0TSFI ilə, siz 21-düymlük təkər, damda panorama lyuk, ikili trapesiyavari ixrac borukəməri, təkmilləşdirilmiş naxışlı dəri döşəmə, zamşa örtüklü dam, masaj funksiyalı ventilyasiya olunan ön oturacaqlar, arxa oturacaqlar və qızdırılan sükan, açılı görünüş üçün kamera sistemi, kor zonalar üçün monitorinq sistemi və ön camda mikro-ekran.
4 litr mühərriki versiyada olan bir çox standart seçimlər 3 litrlik versiyada əlavə olaraq əldə edilə bilər. Əlavə seçimlərə həmçinin frontal toqquşma qarşısının alınması, kruiz-kontrol, zolaq xəbərdarlıq kimi sistemlər və bundan əlavə istilik / ventilyasiya / masaj funksiyalaı ilə təchiz olunmuş yarış oturacaqları daxildir.
Yük yerin ölçüsü 402 litrdir və bu orta ölçülü sedan tipli avtomobillər üçün o qədər də böyük deyil. Bununla belə, burada əl istifadə etmədən yük yerinin açılması üçün sistem quraşdırılıb.

Təhlükəsizlik

Standard təhlükəsizlik avadanlığı, dartmaya nəzarət, anti-lock əyləc sistemləri, aktiv başaltlıqlar və 10 ədəd hava yastıqlarından ibarətdir. Bundan əlavə o, yüksək texnoloqiya sistemlərinə aid olan zolaq xəbərdarlıq sistemi, ani əyləc vəziyyətində təhlükəsizlik kəmərlərini sıxan, lüku və pəncərələri bağlayan və bununla frontal toqquşmanın qarşısını alan sistemlə təchiz olunub.

Sükan arxasında

Bunlar, maşın dünyasında ən qabaqcıl nümunələrdən sayılır. İstifadə edilən materiallar, öz qiymətinə, tərkibinə və keyfiyyətlərinə görə demək olar ki, mükəmməldir. 8 düymlük ekran xüsusən gözəldir, xüsusilə də 3D görünüşü tələb olunduqda. Ön oturacaqlar şübhəsiz rahatdır, amma Mercedes S-Class sedanın qoltuqlarına məxsus olan xüsusiyyətlərə malik deyirlər.


Hər iki mühərrik də öz növbəsində əlaıdır. Turboşarjlı V6 onun çəkisi ilə əlaqədar olduqca inandırıcıdır, V8 isə həm sürət, həm də zərifliyi qiymətləndirənlər üçün gözəl bir seçim ola bilər. O, güclü, lakin balanslı və yanacaq qənaətcildir. Standart all-wheel drive sistemi 40/60 nisbətində enerji paylaması ilə böyük bir üstünlük təşkil edir yalnız o, arxa elektron diferensialı ilə təchiz olunub.

A8-avtomobilində gəzinti, hava asqılarının sayəsində Audi-nin modellərinə nisbətən daha yumşaqdır. Amma, 20- və ya 21-düymlük təkərləri seçdiyiniz zaman, əmin olun ki, asfalt örtüyündə olan gediş sizi qane edəcək. Ona görə ki, təkərlərin gediş zamanı yaratdığı səs-küy sizə mane ola bilər.