Pulsuz elanlar saytı

İstehlakçı reaksiyasını tədqiq edən konsepsiya avtomobilləri

25.12.2017
İstehlakçı reaksiyasını  tədqiq edən konsepsiya avtomobilləri

Avtomatik və motor-şoularda təqdim edilən köhnə model avtomobillər və həmçinin konsepsiya avtomobili adlanan nəqliyyat vasitələri, istehlakçının reaksiyasını və avtomobillərin cazibəsini qiymətləndirmək üçün yaradılır. Ən uğurlu müasir texnologiyaları ilə yanaşı keçmişdə özünü sübut edə bilmiş avtomobillərin texnologiyalarını cəmləşdirən konsept avtomobilləri, ciddi bir geniş istehsalın başlanğıcından əvvəl avtomobil şirkətləri tərəfindən bir növ zəmin yoxlamaq üçün istifadə olunurlar.

Konsept avtomobilləri 1950-ci illərdə “General Motors” şirkətinin dizayneri Harley Earl tərəfindən təqdim edilmişdir. Bu, əslində, köhnə mövzunun dəyişməsi olan yeni bir dizaynda sərnişin avtomobilini təmsil edən bir avtomobil konsepti idi. Bu yanaşma demək olar ki, ani olaraq geniş ictimaiyyətin rəğbətini qazandı. "General Motors" şirkəti öz avtomobillərin konsepsiyasının reklamını davam etdirdi. Bu avtomobillər gözəl xarici görüntüyə malikdir. Konsept avtomobillər radikal, futuristik dizayn, güclü mühərrik və bəzən ziddiyyətli texnologiyaları ilə fərqlənir. Ancaq bu konsepsiya avtomobillərin nə dərəcədə tez diqqət mərkəzinə düşməsini seyr etmək maraqlı olardı. Onların çoxu istehsalçının istehsalat xəttinə düşməsindən öncə bir çox dəyişikliklərə məruz qalırlar.

Demək olar ki, bunların hamısı hədəf bazarlarına daha əlverişli və əlçatan olmaqları üçün belə bir dəyişikliklərə məruz qalır. Konsept avtomobillərin əksəriyəti avtomobil sərgilərində nümayiş etdirilir. Bunların hamısı bütün avtomobil sevən və avtomobil yarışların azarkeşləri üçün bir növ xəyallarının gerçəkləşməsidir və həmçinin əsl attraksiondur. Burada mum, gil, metal, şüşə lifi və plastic materiallardan hazırlanan modellər də yer alır. Əslində, bir çox konsepsiya avtomobilləri, qeyri-praktik dizayn və yüksək xərc amilinə görə istehsalat mərhələsinə gədər irəliləyə bilmir. 1954-cü ildə xidmətə qayıdan əski konsept avtomobili maraqlı bir nümunədir. North-Hollivud şəhərində Corc Barrisin avto mağazasında saxlanılan Ford Lincoln Futura avtomobili, 1966-cı ildə Batmobile olaraq məşhurlaşmaq məqsədi ilə nümayişə çıxarıldı. Təəssüf ki, konsepsiya avtomobillərin çoxu istifadə ediləndən sonra məhv edilir. Bununla belə, onların bəziləri daş qırıcıdan qaçıb, həyatlarını anbarlarda və yaxud avtomobil sərgilərində davam etdirir.